İranın nano məhsullarının təqdimatı
Dek 02, 2018 22:20 Asia/Baku
İranın nanotexnologiya və nanodərman sahəsindəki ən yeni məhsulları Omanın paytaxtı Maskatda keçirilən islami ölkələrin elm və texnologiya sərgisində nümayiş etdirilir.
İslami ölkələrdə elm və texnologiya təcrübələri mübadiləsi üzrə dördüncü iclas on yeddi ölkədən 60 alimin iştirakı ilə bu gün dekabrın ikisindən etibarən, dörd gün müddətinə Omanın Sultan Qabus universitetində işə başlayıb.
Bu iclasın açılış mərasimində İranın Omandakı səfiri Mohəmməd Reza Nuri Şahrudi və İrandan olan bir elmi heyət iştirak edir.