İranda lalələr çölü
-
İranda lalələr çölü
Günü lalələr tərəfdən baş qaldıran günəş ilə başlamaq, vurğuncasına onlara tamaşa etmək və əsl anları özün üçün qeyd etmək olar.
- Bu güllər mənə yaxşı duyğu verirlər və mən bu lalə güllərinin vurğunuyam. Əgər bu güllər və bu lalələr olmasalar, mən diri qala bilmərəm.
Bu əsl duyğu lalə gülünün yetişdirildiyi tarlaya qədəm qoyan hər bir kəs üçün yaranır. Özü də Təbrizin 45 kilometrliyində və Sefidə xan kəndində.
- Güllərə baxarkən sizdə hansı hiss yaranır?
- Çox yaxşı hissə malik oluram. Çox yaxşdır. Adamı sakitləşdirir. Doğrudan da adamı ruhlandırır.
Sadiq Əqdəmifər Təbrizi gülyetişdirməyə məhəbbəti uşaqlıqdan özündə yetişdiribdir.
- 40 il bundan öncə lalə gülünün soğanı bir hədiyyə kimi mənim ata evimə gəlir və bu 40 ildə biz bu soğana nail olduq. Tərqibən 100 min dənə soğan əmələ gəlibdir.
Yenilikçiliyi və istedadı bir neçə il bundan öncə babasının Təbrizdəki evində 7 min tamamilə iranlı gül butasının yetişdirilməsilə özünün kulminasiya nöqtəsinə çatdı.
-Salam, cənab, bura qədim evdir, ya gülüstan?
- Yox, babamın qədim evidir.
Cənab Əqdəmifərin lalə gülü soğanı import soğanlara nisbətən xüsusi imtiyaza malikdir.
- Gördüyünüz bu güllərin soğanları yerlidir. İran lalələridirlər. Xaricdən gələn soğanların əksinə olaraq, bunlar sterilizasiya edilərkən artma qabiliyyətinə malik olmurlar, amma bu lalələr yerli, artma qabiliyyətli və xaricinkilərdən daha çox çoxalma imkanlıdırlar.
-: Lalə gülü bir neçə ildir ki, bizim üçün neçə il məhsul verə bilir və soyuq iqlimli məntəqələrdə də məhsulu olduqca yaxşıdır. Gülün yaşama müddəti isti məntəqələrə nisbətən çoxdur və güllər daha gözəl və daha təravətlidirlər.
-: Şərqi Azərbaycan vilayətində bizim 165 hektarlıq gülxanamız var. Güllərin və bəzək şitillərinin yetişdirilməsi üçün mövcud olan gülxanaların 20 hektarı əslində tərtib edilibdir.
Bugünkü maşın həyatında biz insanlar hər şeydən daha çox dincliyə və şadlığa ehtiyac duyuruq. İstər evdə, istərsə də tarlada gül və bitkinin yetişdirilməsi bizi bu dincliyə çatdıa bilər.