Ərdəbildə EKO ölkələrinin sağlamlıq turizmi sərgisi açılıb
-
Ərdəbildə EKO ölkələrinin sağlamlıq turizmi sərgisi açılıb
EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin ikinci sağlamlıq turizmi iclası və sərgisi bazar ertəsi gün səhər 150 daxili və xarici qonağın rəsmi şəkildə qarşılanması ilə Ərdəbildə yerləşən “Şeyx Səfi” məqbərəsi üzrə beynəlxalq kompleksdə başlanıb.
Sağlamlıq turizmi sahəsi üzrə aktivistlər və şirkətlərin iştirakı ilə 40 pavilyonda təşkil olunan bu sərgiyə gələnlər sağlamlıq turizminin son nailiyyətləri ilə tanış olublar.
İranın Ərdəbil vilayətinin müalicə məziyyətlərindən istifadə məqsədilə hər il bir milyondan çox turist Biləsuvar sərhədindən bu vilayətə daxil olur.
EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin ikinci sağlamlıq turizmi iclasının icra katibi Mohəmməd Reza Kərbasi deyib: İran İslam Respublikasının sağlamlıq turistlərinə müalicə və səhiyyə xidmətlərinin təqdimi sahəsindəki bacarığı mükəmməl olub. Xidmətlərin keyfiyyəti və rəqabət qəbuletmə baxımından da bölgədə öndə gedirik.