Səxavətlə dolu Zaqros sıra dağlarının mərkəzində İran Alp-ı
-
Səxavətlə dolu Zaqros sıra dağlarının mərkəzində İran Alp-ı
Səxavətlə dolu Zaqros sıra dağlarının mərkəzində İran Alp-ı təbiətin ən gözəl səhnələrini yaratmaq üçün lazım olan bütün şeylərə malikdir ki, ən sərin yay cazibələrini axtaran turistlər bu diyara yola düşmüş olsunlar.
Əgər yayın qızmar istisində soyuq tuneli sınamaq istəyirsinizsə, İran Alp-ına bir baş çəkin. İlin bütün fəsillərində burada qar-yağış var.
Müsahibə(kişi): İranın ən yaxşı mərkəzi və ən yaxşı yeridir.
Müsahibə(qadın): Çox gözəldir. Yol gələrkən buraya çatanadək hey şəkil çəkirik.
Əznanın qar tuneli Oştorankuh-un özünəməxsus biomunun mərkəzində təbiətin misilsiz cilvələrindən biridir.
Müsahibə(kişi): Soyuq bir nəsim adamın üzünə vurur və insan cavanlaşır.
Müsahibə(kişi): Buraya ki, gəlirsən, dinclik və asayişə malik olursan. Ruzigarın bütün qəm-kədərlərindən, bütün əzab-əziyyətlərdən azad olursan.
Müsahibə(kişi): Xuzistanın havası çox istidir, yəni əlli dərəcədən yuxarıdır. O istidən bu soyuq və sərin havaya gəldik.
Qar tunelinə çatmaq üçün Əznanın ətəyindən Oştorankuhun ətəyinədək 25 kilometr yol getməlisən. Sonra addımlamalı və bir saat yarım, yeməli və dərman bitkilərinə malik pak çayın kənarından keçməlisən.
Müsahibə(kişi): O cümlədən bu gicitkən şəkərin səviyyəsinin aşağı salınması üçün yaxşıdır. Kəklikotu da istilikdir.
Müsahibə(kişi): Rəvənd və mala soğanı və çoxlu sayda yaxşı bitkiyə malikik.
Bəzən suya girmək, bəzən də sərt yamaclardan keçmək lazımdır.
Qar tuneli illər boyu qarların yığılması nəticəsində formalaşıb. Təqribən bir kilometr uzunluğa malik olan bu tunel təbii bir soyuducudur.
İstilər fəsli ərəfəsində ölkənin bəzi məntəqələrində havanın hərarəti hətta əlli dərəcədən də çox olur. Lakin Əznadakı qar tunelində termometr 10-12 dərəcəni göstərir. Yəni temperatur fərqi təqribən 40 dərəcədir. Gəlin, bu sərin havadan, sərin sudan, təbii qardan və gözəl təbiətdən ləzzət alın.