Yəzd yelalıcılarının beynəlxalq qeydiyyatına səy
-
Yəzd yelalıcılarının beynəlxalq qeydiyyatına səy
Yelalıcı İran sivilizasiyasının təzahür və simvollarındandır, amma beynəlxalq qeydiyyatı üçün ciddi rəqibi tapılıbdır.
Səhranın üzücü qızmar istisi və yelalıcı vasitəsilə nəsimin sərin tənəffüsü.
Original və misilsiz ən qədim sərinləşdirici sistem.
Müsahibə: İstilər olan zaman kondisionerin yerinə işlədərdilər.
Səhra memarlarının əllərinin hünərinin şah əsəri.
Müsahibə: Bir neçə hissədən- korpusdan, rəfdən, şəbəkədən və tavandan ibarətdir.
Bura bir vilayətdir ki, zirvəsində dünyanın ən uca yelalıcısı yerləşir.
Müsahibə: "Dövlətabad bağı" yelalıcısı 33 metr hündürlüklə özünəməxsusdur.
Və mərkəzində dünyanın ən enli yelalıcısı da var.
Müsahibə: 19 bulaqlı birtərəfli Ərdəkan yelalıcısı.
Bəzəyi, dünyanın ən gözəl yelalıcısı olmasıdır.
Müsahibə: "Ağazadə Əbərkuh" evinin yelalıcısı. Dünyanın ikimərtəbəli ən gözəl yelalıcısı.
Və saysız-hesabsız yelalıcıya malik olan şəhərin mərkəzi.
Müsahibə: Ən çox və çeşidli yelalcıının olması bu şəhəri yelalıcılar şəhəri kimi məşhur edibdir.
Yəzd yelalıcıları neçə ildir ki, milli səviyyədə qeydə alınıblar və beynəlxalq səviyyəli olmaq istiqamətindədirlər.
Müsahibə: Biz iki elementi diqqət mərkəzinə ala bilərik. Biri budur ki, binanın memarlığının özü hansı dövrə aiddir, digəri isə tarixi əsasdır. Bizim ən qədim yelalıcılarımız "Dövlətabad bağı" yelalıcısına aiddir.
Bu məsələ on ildir ki, məsul şəxslər tərəfindən irəli sürülüb və bir nəticəyə çatmayıbdır.
Müsahibə: YUNESKO-ya göndərildi, lakin YUNESKO-nun iclasında lazımi səsi qazana bilmədi.
Əmirliklər ölkəsi yelalıcıların dünya səviyyəsində qeydə alınması sahəsində İranın rəqibidir.
Bu ölkənin son tədbirləri, o cümlədən yelalıcının simvolunun təqdimatı və dünyanın tanınmış bir futbolçusu tərəfindən reklam edilməsi camaatın etirazına səbəb olubdur.
Müsahibə: Bir az vicdanlı olsunlar, görsünlər ki, haqq kiminlədir və haqqı həmin ölkəyə versinlər.
Əlbəttə, qərara alınıb ki, İranın Baş Mədəni İrs İdarəsi 2020-ci ildə bir daha bu işi YUNESKO-ya göndərsin, hərçənd əmirliklərin başçılarının təbliğat və səyləri göstərir ki, onların təslim olmaq fikirləri yoxdur.