Hemodializ aparatının yerliləşdirilməsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348519-hemodializ_aparatının_yerliləşdirilməsi
Texnologiya Biznsesi üzrə İnkişaf Mərkəzi biliklərə əsaslanan şirkətlərin və elitanın layihələrinin ticariləşdirilməsini himayə etmək məqsədilə bütün ixtisaslaşdırılmış sahələrdə işə salınıb. Bu reportajda bu mərkəzin fəaliyyətlərinə nəzər salacağıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2019 15:42 Asia/Baku
  • Hemodializ aparatının yerliləşdirilməsi
    Hemodializ aparatının yerliləşdirilməsi

Texnologiya Biznsesi üzrə İnkişaf Mərkəzi biliklərə əsaslanan şirkətlərin və elitanın layihələrinin ticariləşdirilməsini himayə etmək məqsədilə bütün ixtisaslaşdırılmış sahələrdə işə salınıb. Bu reportajda bu mərkəzin fəaliyyətlərinə nəzər salacağıq.

Bu, İranda ilk dəfə olaraq yerliləşdirilən bir hemodializ aparatdır və yalnız dörd digər ölkədə istehsal olunmaqdadır.

m.k- Onun konstruksiyaları, elektronika, mexanika və kompüter proqramına nəzarəti öz işimizdir.

Dializə ehtiyacları olan xəstələr üçün həyati bir məhsuldur. Bu şirkət Pərdis Texnologiya Parkında yerləşir.

2005-ci ildən bəri qurulan və 270 ədəd texnologiyaya malik olan biotexnologiya üçün tanış mühit.

Pərdis Texnologiya Parkı, innovasiyaların ticariləşdirilməsi, başlanğıc tədqiqat institutlarının qurulmasına və dəstəklənməsinə kömək, rəqabətin artırılması və biliyə əsaslanan sənayenin inkişaf etdirilməsi məqsədi ilə qurulubdur.

m.k- Müxtəlif təlimlər, həmçinin bu dəhlizdə yerləşən brokerlər vasitəsilə öz bizneslərini genişləndirmələri üçün şirkətlərə xidmətlər göstəririk.

Pərdis Texnologiya Parkındakı inkişaf mərkəzi müxfəlif himayələr və kurslar təşkil etməklə başlanğıc ideyaları və biznezləri himayə etməyə çalışır.

17 trilyon rialdan yuxarı investisiya, 4300-dən çox nəfər üçün məşğulluğun yaradılması, mindən çox texnologiya məhsulunun istehsalı, 62 trilyon rialdan çox satış və 400 milyon avro dəyərində dünyanın 40 ölkəsinə ixracat, Pərdis Texnologiya Parkının naliyyətlərindəndir.

Texnologiya işlərində və innovasiya mərkəzlərində heç bir xam satış həyata keçirilmir. İranlı mütəxəssislərin ideyalarının yaradıcılıq və texnologiyadan istifadə ilə yüksək izafi dəyərə malik uğurlu bir biznes modelinə çevrilməsi üçün zəminlər hazırdır.