Yəzdli həkimlərin nəziri
-
Yəzdli həkimlərin nəziri
Bu günlər hər kəs bir növ öz vəsaitindən İmam Hüseyn(ə) yolunda nəzir edir. Bəziləri də vardır ki, vaxtlarını öz ağalarının yolunda nəzir ediblər.
Müsahibə: Mən ürək-damar mütəxəssisiyəm.
Müsahibə: Xalq təbabəti mütəxəssisiyəm.
Müsahibə: Reanimatologiya mütəxəssisiyəm.
Bu həkimlər kəndlərdə xəstələrin pulsuz qəbulu layihəsində iştirakla kəndlilərin dərdinə məlhəm olmaq üçün kilometrlərlə yol gəliblər.
Müsahibə: Vətəndaşlara, xüsusən müalicə və mütəxəssisə əli çatmayan zəif təbəqəyə yardım etmək istədim.
Müsahibə: Qan təzyiqini və qandakı şəkərin miqdarını yoxlayırıq.
Müsahibə: Təqribən 50 nəfər qəbul olunubdur ki, onlara xidmət göstərmiş olam.
Müsahibə: Bu layihədə oftalmologiya, ürək-damar, ginekologiya, stomatologiya, daxili xəstəliklər, ümumi təcrübə həkimi və reanimatologiya ixtisasları üzrə on həkimdən istifadə olunubdur.
Əhli-Beyt(ə) xanədanına eşq və məhəbbət, saatlarla əməyin yorğunluğunu onlara şirin edibdir.
Müsahibə: Bu işlər adətən yorulmaq bilməyən işlərdirlər və bu insanları qəbul etmək üzrə taqətimiz də çoxdur.
Müsahibə: İnsanların şad olduqlarını və dodaqlarında razılıq təbəssümünü görərkən yorğunluq canımdan çıxır.
Və xidmət gözləyən və məhəbbətə görə təşəkkür edən xalq.
Müsahibə: Öz təbabət ofislərindəki qəbuldan əsla fərqlənmirdi. Allah inşaallah, əcrlərini versin.
Və bu həkimlərin nəziri, elmin zəkatının ödənişi və xalqa xidmətdir.