İran qadınlarının polo çempionatı yarışları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349028-İran_qadınlarının_polo_çempionatı_yarışları
İran qadınlarının polo çempionatı yarışları ən yaxşı polo oyunçularının iştirakı ilə keçirilib. Sonda paytaxt komandası çevpion adını qazanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2019 09:33 Asia/Baku
  • İran qadınlarının polo çempionatı yarışları
    İran qadınlarının polo çempionatı yarışları

İran qadınlarının polo çempionatı yarışları ən yaxşı polo oyunçularının iştirakı ilə keçirilib. Sonda paytaxt komandası çevpion adını qazanıbdır.

Yay fəslində sonuncu polo yarışlarını qadınlar keçirdilər. Tehran, Əlborz və İsfahandan olan üç komanda birincilik uğrunda mübarizə apardılar.

Sonda tehranlı qadınlar çempion oldular.

m.k- Rəqiblərin oyunları necə idi?

Səhər Yəqubi- Bundan öncələr oyunlarını gördüyüm İsfahan komandasının bu qədər inkişaf edəcəyini düşünmürdüm. Çox yaxşı inkişaf ediblər. Oyun çox yaxşı alındı.

İsfahan komandası ikinci oldu.

Somayye Sadeqi- İsfahan komandasının bu qədər yaxşı və səviyyəli oynayacağı gözlənilmirdi.

Və əlborzlular üçüncü oldular.

Sara Tacik- Oyunçular bir-biriləri ilə ahəngdar idilər.

Bu, cari ildə qadınlar üçün tədarük görülmüş ikinci polo hadisəsi idi və qadınların bu yarışlarda iştirakının önəmini göstərir.

Poloçu qadınlara diqqət, inkişaf etdirmə və istedadların üzə çıxarılması "İstehsala rövnəq" ilində İranın polo federasiyasının mühüm proqramları sırasında durubdur ki, indiyədək bu istiqamətdə təsirli addımlar atılıbdır. Təxminlərə əsasən, ilin ikinci yarısında bu proses daha ciddi formada izləniləcək.