Sistan və Bəluçestanda qırmızı yaqut
-
Sistan və Bəluçestanda qırmızı yaqut
“Qırmızı Yaqut” kəndi suyu az olan Sistan və Bəluçestan vilayətində yerləşsə də bu il qırmızı və gözəl nar məhsulu yığımı ilə dillər əzbəri olubdur.
“Qırmızı Yaqut” kəndi 500 hektar nar bağının olmasına görə, bu adla məşhur olub və bu gün əkinçilər üçün çoxzəhmətli, lakin şirin günlər gətiribdir.
m.k- Dörd hektar nağ bağım var və təqribən hər hektarından on beş ton nar məhsulu yığırıq.
m.k- Allaha şükür, bu il yağıntının çox olmasına görə, bol məhsul əldə etmişik. Narın çəkisi həm çox ağırdır, həm də özü barlı-bəhrəlidir.
Əgər müəllim sizdən soruşsa ki, yay tətillərini necə keçirdiniz, nə cavab verərsiniz?
m.k- Nar yığmaqla məşğul idim.
Sənqan-ı Sistan və Bəluçestanda nar istehsalı qütbünə çevirən ən mühüm məsələ, münasib və dağətəyi iqlimdir.
m.k- Bizim çox iri narımız var. Hətta bir kilodan çox, bir kilo 200 qram olar. Hal-hazırda elə bu bağda var. Yaxşı qidalanmış və yaxşı düzəldilmiş bağlarda olur.
m.k- 2164 hektar ərazisi olan Sistan və Bəlucistan vilayəti təqribən 1595 hektralıq bağlara malikdir.
Su çatışmazlığı vilayətdəki nar bağlarına mane olsa da, səylər vahid sahəyə istehsalın artırılmasına yönəldilmişdir.
m.k- Yetişdirdiyimiz nar tamamilə orqanikdir. Nar zərərvericisi olan nar qurdu ilə mübarizə aparırıq. Mübarizəni biiloji və mexaniki şəkildə həyata keçiririk.
Tanınmış meyvələrin kənarında naməlum meyvələr yetişdirmək üçün də vilayətin fərqli və dörd fəsilli iqiliminə bel bağlamaq olar.
Sənqan-dan əlavə, “Qırmızı yaqut” kəndi Sistan və Bəlucistan vilayətinin yüksək əkinçilik qabiliyyətinə malik məntəqəsidir. Böyük fürsətlər yaranır. Məhsuldar olmaları üçün onlara inanmalıyıq.