Okt 04, 2019 11:01 Asia/Baku
  • İran ilə Belarus arasında idman üzrə əməkdaşlıq memorandumu imzalanıb
    İran ilə Belarus arasında idman üzrə əməkdaşlıq memorandumu imzalanıb

İranın idman və gənclər naziri və Belarusun idman və turizm naziri əməkdaşlıq memorandumu imzalayıblar.

İranın idman və gənclər naziri Məsud Soltanifər və Belarusun idman və turizm naziri Sergey Kovalçuk tərəfindən Minskdə imzalanan bu anlaşma sənədinə əsasən, iki tərəf qadınlar və kişilər idmanında müxtəlif yaş və milli səviyyələrdə idman müəllim və məşqçilərinin göndərilməsi, müxtəlif idman növlərində yoldaşlıq görüşlərnin keçirilməsi və qarşılıqlı surətdə idman komplekslərinin imkanlarından istifadə sahələrində həmkarlıq edəcək.

İranın dördfəsilli olması imkanından istifadə, xüsusən məşq kampaniyalarının keçirilməsi üçün Fars Körfəzinin sahillərində su idmanlarının imkanlarından istifadə bu həmkarlıq üzrə anlaşma sənədinin digər bəndlərindən olubdur.

Belarusda səfərdə olan İranın idman və gənclər naziri Məsud Soltanifər bu ölkənin təhsil naziri və müxtəlif idman federasiyalarının sədrləri ilə görüşdən əlavə, Belarusun Dinamo stadionunda, olimpiya şəhərciyində, atyetişdirmə və atçılıq mərkəzində olub.

 

 

Teqlər