Yunanıstan İranla əməkdaşlıqları genişləndirməkdə maraqlıdır
-
Yunanıstan İranla əməkdaşlıqları genişləndirməkdə maraqlıdır
Yunan Kino Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İranın Afinadaki sərfirliyinin attaşesi ilə gürüşündə iki ölkə arasında kino sahəsində əməkdaşlıqlarin genişləndirilməsində maraqlı olduqlarını bildirib.
İRNA-nın məlumatına görə, Vina Varqu bu görüşdə son qırx ildə İran kinosunun nəzərəçarpacaq inkişafından danışıb və iki ölkə arasında kinematografiya sahəsində birgə əməkdaşlıqların genişləndirilməsi üçün bütün səylərini edəcəyini vurğulayıb.
İranın Afinadakı attaşesi də bu görüşdə iki böyük mədəniyyət sahibi olan xalqlıarın mədəni və tarixi ortaqlıqlarına toxunaraq İranın film və seriallarının xüsusiyyətlərini bu ölkənin mədəniyyəti və sivilizasiyasının eləcə də əxlaqi və insani dəyərlərin göstəricisi adlandırıb və onların humanist mesajları ehtiva edtiyini söyləyib.
Son üç ildə İran səfirliyinin Yunanıstanın müxtəlif kino mərkəzləri ilə yaxşı əməkdaşlıqlarından danışan Helmi yunanlıların belə birgə proqramlara maraq göstərmələrini yunan xalqının İran kinosuna olan marağının göstəricisi kimi dəyərləndirib və mədəni proqramların effektli olması üçün media, incəsənət və səmərəli əyləncələr sahəsində iki ölkə arasında əməkdaşlıqların inkişafının vacibliyini vurğulayıb.