79 ölkənin sənətkarları 2-ci Trampizm müsabiqəsində iştirak ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i355800-79_ölkənin_sənətkarları_2_ci_trampizm_müsabiqəsində_iştirak_ediblər
79 ölkədən olan cizgi filmi və karikatura üzrə sənətkarlar 1800-dən çox əsərlə Tehranda keçirilən cizgi filmi və karikatura üzrə ikinci beynəlxalq müsabiqədə iştirak ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2020 15:38 Asia/Baku
  • 79 ölkənin sənətkarları 2-ci Trampizm müsabiqəsində iştirak ediblər

79 ölkədən olan cizgi filmi və karikatura üzrə sənətkarlar 1800-dən çox əsərlə Tehranda keçirilən cizgi filmi və karikatura üzrə ikinci beynəlxalq müsabiqədə iştirak ediblər.

İranın İslam İnqilabı və Müqəddəs Müdafiə Muzeyinin icraçı direktoru Əli Əsğər Cəfəri bu gün bu festivalın bağlanış mərasimində deyib: Bu festivalda 625 iranlı və xarici sənətkar dünya imperilaizminin və Amerika prezidenti Donald Trampın militarist siyasətlərini təsvirə çəkib.

Cəfəri bildirib ki, yüzdən çox iranlı sənətkar 2-ci Trampizm festivalında iştirak edib. O, əlavə edib: Latın Amerikası, Avropa və Asiyadan olan sənətkarlar da Trampizm festivalında iştirak ediblər. Onların əksər hissəsi Şərqi Asiyadan və Latın Amerikasından olubdur.

Bu festivalın bağlanış mərasimində bir qrup seçilmiş sənətkara təşəkkür lövhəsi, nağd pul mükafatı və festivalın özəl medalı hədiyyə olunub.

Cizgi filmi və karikatura üzrə ikinci beynəlxalq festivalın sərgisi də sabahdan etibarən iki həftə müddətinə Tehranda keçiriləcək.