İranlı alimlərin nailiyyəti;
COVID-19-un müalicəsi 6 günə qədər azalıb
İranda kök hüceyrələr üzrə alimlər mühüm bir tədqiqat layihəsində COVID-19-un müalicə müddətini altı günə endirməyə müvəffəq olublar.
SəhərAzəri xəbər verir, COVID-19-un müalicə müddətinin altı günə endirilməsi bir İran şirkətində kök hüceyrə məhsullarından istifadə edilməklə üç aydan az bir müddətdə müyəssər olubdur. Bu, koronavirus xəstələrinin müalicəsində əhəmiyyətli bir dəyişiklik yaradacaqdır.
İranlı alimlərin nailiyyətindən öncəyədək koronavirus xəstələrinin sağalması səkkiz həftə sürürdü.
Rəsmi adı COVID-19 olan yeni koronavirus növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib.
Hal-hazırda, dünyanın bütün ölkələri koronavirusla mübarizə aparırlar.Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 800 min nəfəri keçibdir. Onlardan azı 316 min nəfər həyatını itirib, təqribən bir milyon 860 min nəfər də sağalaraq, xəstəxanalardan buraxılıbdır.