İran nano məhsullarına ev sahibliyi edən 49 ölkə var
Artıq bir neçə ildir ki, İran texnologiya məhsullarının istehsalı, xüsusən nanotexnologiya məhsullarının ixracı sahəsində böyük uğurlar qazanır. Bu günə qədər Almaniya, İtaliya, İngiltərə, Avstraliya, Kanada, Çin və Cənubi Koreya kimi 49 ölkə İranın nano məhsullarına ev sahibliyi edir.
SaharAzeri IRNA-ya istinadla xəbər verir, Çərşənbə axşamı Elmi İnkişaf üzrə vitse-prezidentinin verdiyi məlumata görə, təkcə 2018-ci ildə dünyada bu texnologiyanın 65 milyard dollarlıq bir bazarındakı hesablamalar, İran payının yalnız 0.5 faiz olduğuna dəlalət edir. Bununla belə, yaxın iki onillikdə biliklərə əsaslanan şirkətlərin böyüməsi ilə ölkə iqtisadiyyatının 30% -i həmin şirkətlərin fəaliyyətlərinə aid olacaq və onun vacib bir hissəsini nanotexnalogiya təşkil edə bilər.
“Nanotexnologiya fəaliyyətinin əhatə dairəsinə müxtəlif sahələr daxildir və İran şirkətlərinin ixraca və qlobal bazara çıxması təqdirində, İranın bu bazardakı payı sürətlə arta bilər və 2025-ci ilə qədər nəzərdə tutulmuş perspektivə görə bu bazarın 2% -ni əlimizə ala biləcəyik və bu sahədə güclü bir iqtisadiyyat olmanı başaracağıq.”-deyə vitse prezident əlavə etmişdir.