Məşhur xanəndə koronadan vəfat edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i363045-məşhur_xanəndə_koronadan_vəfat_edib
Azərbaycan Respublikasının məşhur muğənnisi, Xalq artisti, Teymur Ağaxan oğlu Mustafayev koronavirus səbəbindən dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 15:00 Asia/Baku
  • Məşhur xanəndə koronadan vəfat edib

Azərbaycan Respublikasının məşhur muğənnisi, Xalq artisti, Teymur Ağaxan oğlu Mustafayev koronavirus səbəbindən dünyasını dəyişib.

SəhərAzəri "Report"-a istinadla xəbər verir, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. 

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. 

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.