İyun 16, 2020 14:18 Asia/Baku
  • Üçyaşlı əfqan uşağa uğurlu qara ciyər köçürməsi

Koronavirus pandemiyası ilə sərt məşğul olmasına rəğmən, Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına xəstəxana kompleksində üçyaşlı əfqan uşağa qara ciyər köçürməsi əməliyyatı uğurla həyata keçib.

SaharAzeri xəbər verir, İmam Xomeyni(r.ə.) adına xəstəxana kompleksinin qara ciyər köçürmə qrupunun və Uşaqların Tibbi Mərkəzinin ciddi-cəhdi ilə üçyaşlı əfqan uşağa təcili qara ciyər köçürməsi uğurla həyata keçirilib.

Bu uşaq qara ciyər problemi yaşayırmış.

İranın səhiyyə nazirliyinin lisenziyası ilə verilən qara ciyər beyin ölümünə düçar olmuş bir iranlı uşaqdan götürülübdür.

Əfqanıstan sakini olan Ehsan, öz qısa ömrünün böyük bir hissəsini xəstəxanada keçirib. Belə ki, öz üçillik həyatının iki il yarımını xəstəxanada yatıbdır.

Uşaqlara qara ciyər köçürməsi son dərəcə mürəkkəb və modern bir müalicə proses olaraq, ictimai baxımdan da böyük əhəmiyyət kəsb edir və xoşbəxtlikdən, İran bu sahədə Qərbi Asiya bölgəsində mühüm bir yerə malikdir.

Teqlər

Şərhlər