İyun 20, 2020 22:37 Asia/Baku
  • Səmada

Sabah Afrika və Asiyanın bir hissəsində dairəvi bir tutulma müşahidə olunacaq.

SəhərAzəri isna.ir-a istinadla xəbər verir, Astronomiya tədqiqatçılarına görə, Sabah Asiya və Afrikanın bəzi yerlərində "dairəvi tutulma" adlanan günəş tutulması baş verəcək. 
Həmin təbii fenomen zamanı, Ay yer kürəsi ilə Günəş arasından keçəcək am günəşi tamamilə örtməyəcəkdir. Bunun əvəzinə günəşın şüaları Ayın dövrəsində parlayarkən “atəş halqası” təşkil edəcək.
Buna görə tədqiqatçılar sabahın tutulmasını "atəş halqası" adlandırıblar.
Astronomiya sahəsindəki tədqiqatçılar bu tutulmanın ölkəmizdə də ətraflı şəkildə müşahidə ediləcəyini bildiriblər.
Sabah, 21 iyun Bazar günü Günəş tutulmasının zirvəsi, Şərq vaxtı ilə saat 2: 40-da (Tehran vaxtı ilə 11:10-da, Bakı vaxtı ilə isə 10:40-da) olacaqdır.
Tutulma ayın "yeni ay" fazasına girməsindən bir neçə saat sonra başlayacaq.
Bu tutulmanın şahidi olacaq bölğə və ölkələrə Konqo, Mərkəzi Afrika, Cənubi Sudan, Sudan, Efiopiya, Qırmızı dəniz, Yəmən, Səudiyyə Ərəbistanı, Oman, Oman körfəzi, Pakistan, Hindistan, Çin, Tayvan, Filippin dənizi, Şimali Avstraliya və Şimali Sakit okean daxildir.

Teqlər

Şərhlər