İranda insulin üçün şpris-qələm istehsal ediləcək
Bu gün İranda insulin üçün şpris-qələminin ilk istehsal xətti istifadəyə verilib
SəhərAzəri İRİB-a istinadla xəbər verir, Tehranda bu istehsal xəttinin istifadəyə verilməsi, həmçinin yaxın gələcəkdə oxşar xəttlərin istifadəyə verilməsilə, bu vacib, strateji və çox istifadə edilən məhsula olan daxili tələbatın ödənilməsilə yanaşı İran İslam Respublikası bölgədə insulin şpris-qələmi istehsal edən ölkələrdən birinə çevriləcək.
İnsulin şpris-qələminin idxalı üçün yüksək səviyyədə yəni təxminən 200-250 milyon dollar valyuta tələb olunur.
İran İslam Respublikası prezidentinin elm və texnologiya üzrə müavini Sorena Səttari videokonfrans vasitəsilə keçirilən, İranda insulin şpris-qələminin ilk istehsal xəttinin istifadəyə verilməsi mərasimində deyib: "İnsulin şpris-qələminin istehsal xəttinin istisadəyə verilməsi İran üçün böyük və müsbət bir addımdır".