Hazırlaşın, başqa yerə uçuruq! Alimlər həyat üçün yararlı planetlər tapdılar
Alimlər həyat üçün əhəmiyyətli hesab edilə bilən ekzoplanet kəşf ediblər.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir ki, o, Günəşdən 10,7 işıq ili uzaqlıqda yerləşir.
Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.
Lacaille 9352 ulduzu Günəşin yarısı boydadır, qırmızı cırtdan planetdir və Süd Yolunda çox yayılmış kiçik və nisbətən sərin işıqlandırıcıdır. Ulduz atmosferi və yaxınlıqdakı planetlərdə həyat əlamətlərini məhv edə biləcək gücdə parlaq deyil.
Alimlər bu sistemi 3 ay müddətində Çilidə La Silla teleskopu vasitəsilə araşdırıblar. İki ekzoplanet GJ887b və GJ88c adlandırılıb. GJ 887b Yerdən 4,2 dəfə böyükdür və ulduz ətrafında 9,3 günə fırlanır. GJ 887c isə Yerdən 7,6 dəfə böyükdür və 21,8 günə fırlanır.
Əlavə araşdırmalar aparılmadan planetlərin sıx və ya qazlı olub-olmadığını söyləmək mümkün deyil. Bu planetlər ulduza yaxın məsafədədir və demək olar ki, əlverişli zonanın sərhədindədirlər.
Üçüncü planetin mövcudluğu təsdiqlənərsə, Günəşdən ən əlverişli məsafədə olmalıdır. Həmin planetdə çox isti və çox soyuq olmayacaq. Onun orbital dövrü təxminən 50 gündür. Alimlər hesab edirlər ki, planetdə həyat üçün uyğun şərait yarana bilər.
"Əgər davamlı müşahidələr yaşayış zonasında üçüncü bir planetin olmasını təsdiqləsə, GJ 887 Günəşin yaxınlığında ən çox araşdırılan planetar sistemlərdən birinə çevrilə bilər", - deyə araşdırma müəllifləri bildirib.