COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i365101-covid_19_un_qarşısını_alan_anticisimlər_aşkarlandı
Alimlər COVID-19 virusuna yoluxmanın qarşısını ala bildiyi düşünülən anticisimlər aşkarlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2020 04:42 Asia/Baku
  • COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı

Alimlər COVID-19 virusuna yoluxmanın qarşısını ala bildiyi düşünülən anticisimlər aşkarlayıblar.

SəhərAzəri xarici mediaya istinadla xəbər verir, Nyu-Yorkun Kolumbiya Universitetinin nəzdindəki Tibb Mərkəzinin (CUIMC) saytına istinadən xəbər verir ki, xəstənin ilk vaxtlarda vəziyyətini də yaxşılaşdıra bilən həmin anticisimləri koronavirusun ağır formasını uzun müddət ərzində keçirmiş şəxslərin immun sistemi əmələ gətirib.
Həmin anticisimlərin nə qədər təsirli və səmərəli olması heyvanlar üzərində aparılan sınaqlar zamanı sübut olunub.
Anticisimlər əsasında dərmanın peyvənddən daha tez yaradıla biləcəyi də bildirilir. Belə ki, anticisimlər dərman şəklində kütləvi istehsal oluna bilər.