NASA-dan nəhəng Mars layihəsi: tarixinin ən böyüyü göndərildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i365319-nasa_dan_nəhəng_mars_layihəsi_tarixinin_ən_böyüyü_göndərildi
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu günə qədərki ən böyük, ən kompleks Mars kəşfiyyat gəmisini yola çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 20:04 Asia/Baku
  • NASA-dan nəhəng Mars layihəsi: tarixinin ən böyüyü göndərildi

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu günə qədərki ən böyük, ən kompleks Mars kəşfiyyat gəmisini yola çıxarıb.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, “Perseverance” adlı kosmik gəmi Qırmızı planetdə “keçmişin izlərini” axtaracaq.

Bu gün Florida ştatındakı “Cape Canaveral” bazasından “Atlas V” raketi ilə göndərilən gəmi qədim yaşayış əlamətləri ilə yanaşı, iqlim və geologiyanı analiz edəcək.

Kiçik avtomobil boyda olan gəmi kamera, mikrofon, qazma və lazer cihazları ilə təchiz olunub.

“Perseverance”ın 2021-ci ilin fevral ayında Marsa çatması planlaşdırılır. O, vəzifəsini 10 il sonra tamamlayacaq.

Bu, NASA-nın Marsa göndərdiyi beşinci kosmik robotdur.