Avq 27, 2020 09:47 Asia/Baku
  • İranın Esteqlal futbol komandası ölkə kubokunun final mərhələsinə yüksəlib

Tehranın Esteqlal futbol komandası penalti zərbələrində Perspolis komandasını məğlub edərək, kubok yarışlarının final mərhələsinə yüksəlib.

SəhərAzəri xəbər verir, Tehranın Azadi Stadionunda Koronavirusla Mübarizə üzrə Milli Qərargahın göstərişinə əsasən, azarkeşsiz keçirilən bu möhtəşəm oyunda Mehdi Qaidi dördüncü dəqiqədə gözəl bir gol vuraraq, Esteqlal komandasını həmişəki rəqibindən qabağa saldı və oyunun birinci yarısı bu nəticə ilə sona çatdı.

Perspolis ikinci yarının başlanğıcında və 49-cu dəqiqədə iraqlı oyunçusu Bəşşa Rəsənin vurduğu golla hesabı bərabərləşdirdi.

Oyunun davamında Əli Əlipur 87-ci dəqiqədə Perspolis üçün ikinci golu vurdu, Lakin Esteqlal uzatma dəqiqələrində Məhəmməd Danişgərin 93-cu dəqiqədə vurduğu golla bir daha hesabı bərabərləşdirdi.

30 dəqiqəlik hər iki uzatma dəqiqələrində heç bir komanda üstünlüyü əldə edə bilmədi və 120 dəqiqədən sonra oyun iki-iki bərabər hesabla sona çatdı.

Paytaxtın 93-cü derbi yarışında Esteqlal komandası penalti zərbələrində 6:3 hesabi ilə üstünlüyü əldə edərək, kubok yarışlarının final mərhələsinə yüksəldi.

Final oyunu bir həftə sonra Esteqlal və Traktor komandaları arasında və Məşhəd şəhərinin imam Rza (ə) stadionunda keçiriləcək.

Teqlər