İranlı fotbolçu Asiya Çempionlar Liqası üzrə həftənin ən yaxşı qolunu vurub
İranın Perspolis futbol komandası hücumçusunun Asiya Çempionlar Liqası çərçivəsində Özbəkistanın Paxtakor komandasına vurduğu qol həftənin ən yaxşı qolu seçilib.
SəhərAzəri xəbər verir, Asiya Futbol Konfederasiyası bir rəy sorğusu apararaq, Asiya Çempionlar Liqası çərçivəsində keçən həftə vurulan ən yaxşı qolu seçməyə təşəbbüs göstərib ki, rəy sorğusuna əsasən, İsa Ali Kəsirinin Paxtakur komandasına vurduğu qol həftənin ən yaxşı qolu seçilib.
İstiqlal komandasının yarımmüdafiəçisi Əli Kəriminin Paxtakura vurduğu qol, Paxtakor hücumçusu Draqan Çeranın İstiqlal komandasına vurduğu qol, həmçinin Ərəbistanın ƏN-Nəsr komandasının argentinalı ulduzu Piti Martinezin Əl-Əhliyə vurduğu qolda rəy sorğusuna çlxarılmışdı.
Bundan əvvəl Asiya Futbol Konfederasiyası veb saytı qərb regionunda keçirilən Asiya Çempionlar Liqasının dörddə bir final mərhələsində ən yaxşı oyunçuları və seçilmiş heyəti təqdim etməyə təşəbbüs göstərib ki, bu heyətdə Perspolis komandasının altı futbolçusunun adı hallanmaqla ən yaxşı göstərici İran təmsilçisinin xeyrinə qeydə alınıb.