İranın Perspolis komandası Asiya Çempionlar Liqasının final mərhələsinə yüksəlib
İranın Perspolis futbal komandası Ərəbistanın Ən-Nəsr kkomandasını penalti zərbələrində məğlub edərək, Asiya Çempionlar Liqasının final mərhələsinə yüksəlib.
SəhərAzəri xəbər verir, bu gün İranın Perspolis komandası ilə Ərəbistanın Ən-Nəsr komandası arasında keçirilən Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının son görüşü 120 dəqiqədən sonra 1-1 bərabər hesabla penalti zərbələrinə çəkilib.
Sonda isə İranın Perspolis komandası Ərəbistan təmsilçisini penalti zərbələrində məğlub edərək, Asiya Çempionlar Liqasının final mərhələsinə yüksəlib.
Bu elə bir halda baş verdi ki, bu qarşılaşma ərəfəsində Perspolisin bu yarışlardakı bombardiri "İsa Ali Kəsir"in cəzalandırılması xəbəri bu komandanın düşərgəsinə böyük şok yaşatdı. Çempionlar Liqası çərçivəsində keçirilən son üç yarışda dörd dəfə rəqiblərin qapısına yol açan Ali Kəsir Paxtakor qarşısında vurduğu ilk qolun sevincini qeyd etdiyi üçün Asiya Futbol Konfederasiyası tərəfindən 6 ay müddətinə bütün futbol fəaliyyətlərindən məhrum edilib və ağır cərimələrlə üzləşib.
Perspolis komandası Çempionlar Liqasının C qrupuna sədrlik edərək, Ərəbistanın Ət-Taavon, Qətərin Əl-Duhail və BƏƏ-nin Əl-Şarcə komandalarından üstün olub. İlk Playoff oyunda daha çox ulduzu olan Əl-Səd komandasını bir qolla məğlub edib və Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının dörddə bir final mərhələsi çərçivəsində keçirilən son matçda Özbəkistanın Paxtakor komandası qarşısında qələbə qazanıb.