Psixoloq aqressiyaya səbəb olan ifadələr barədə
Psixoloq aqressiyaya səbəb olan ifadələr barədə
insan rəftarı sahəsindəki mütəxəssis aqressiyaya səbəb olan ifadə və sözlər barədə danışıb.
Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, insan rəftarı sahəsindəki mütəxəssis Svetlana Peşenkova aqressiyaya səbəb olan ifadə və sözlər barədə danışıb.
“Passiv aqressiyanın tətbiq edildiyini necə anlayaq? Siz bir söz eşidirsiniz və daxilinizdə daxili diskomfort və narazılıq yaranır”, – deyə o bildirib.
Psixoloq izah edib ki, əsas nitq mikromanipulyasiyaları kateqoriyasına həmsöhbətinə sanki nədəsə üstün gələn digər insanla müqayisə, həmçinin vicdan və mərhəmət hislərinə təzyiqin edildiyi manipulyasiyalar daxildir.
Aqressiyaya ittihamedici tonla və “sən gərək”, “dəyişdirmək məcburiyyətindəsən” kimi ifadələrlə müşahidə edilən istənilməyən məsləhətlər də səbəb ola bilər.
Peşenkova həmçinin tez-tez “sən” göstərişindən istifadə etməməyi, məsələyə “özündən” yanaşmağı məsləhət görüb.
"Az.shafaqna.com"