Remdesivir koronavirusdan ölüm hallarına çox da təsir etmir
Koronavirus xəstələrinə təyin olunan remdesivir və daha üç dərmanın bu virusdan ölüm hallarının azalmasında təsiri çox azdır və ya ümumiyyətlə heç bir təsiri yoxdur.
SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu təşkilat tərəfindən koordinasiya edilən tibbi testlərin müvəqqət nəticələri göstərir ki, Remdesivir, Hidroksyxlorokin, Lupinavir-Ritonavir dərmanları, həmçinin İnterfron dərman rejimlərinin, 28 gün ərzində və ya COVİD-19 xəstələrinin xəstəxana şəraitində olduğu müddətdə ölüm hallarının azalmasına təsiri azdır və ya ümumiyyətlə təsirsizdir.
30-dan çox ölkədə yerləşən 405 xəstəxanada təsadüfi şəkildə seçilmiş 11 mindən çox xəstənin üzərində aparılan testlərin nəticələrinə əsaslanan bu araşdırmada, bu dörd dərmanın ölüm hallarının azalması, süni tənəffüs aparatına ehtiyacın yaranması və xəstəxanada qalma müddətinin azalmasına təsiri araşdırılıb.
Bu 4 dərmanlar bir sıra digər xəstəliklər, həmçinin COVİD-19 infeksiyasından irəli gələn yoluxucu xəstəliklərin müalicəsi üçün hazırlanıb. Yaponiya hökuməti COVİD-19-un müalicəsi üçün Remdesivirin istifadə edilməsini təsdiqləyib.