Okt 28, 2020 09:48 Asia/Baku
  • İranlı tibb mütəxəssislərinin nailiyyəti

Bir qrup iranlı tibb mütəxəssisi nadir cərrahiyyə əməliyyatında bir körpənin üzündən iri şişi uğurla çıxarıbdır.

SəhərAzəri xəbər verir, Beşgünlük körpənin üzünün yarısını tutan bu şişin əməliyyat edilməsi dünyadakı nadir əməliyyatlardan hesab olunur.

Tehrandakı Bəhrami və Farabi xəstəxanalarının mütəxəssisləri bu ağır və yorucu cərrahiyyə əməliyyatı ilə həmin körpəyə yeni həyat bəxş ediblər.

Bu uğurlu əməliyyatdan sonra mütəxəssislər həyatının 19-cu gününü yaşayan körpənin üzərindəki ikinci cərrahiyyə əməliyyatında onun gözü və gözünün buynuz qişasının qorunması əməliyyatını da müvəffəqiyyətlə həyata keçiriblər ki, körpə sağalma və kimyəvi terapiya mərhələsinə daxil olmuş olsun.

Bu iki cərrahiyyə əməliyyatı İranda tibb mütəxəssislərinin yüksək bacarığından xəbər verir.

Teqlər