Dünyada bioplastika istehsalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369092-dünyada_bioplastika_istehsalı
Yapon tədqiqatçılar ilk dəfə olaraq, misli görünməmiş tərzdə odadavamlı və ətraf mühitə uyğun plastik kütlə istehsal etməyə müvəffəq olublar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 01, 2020 05:35 Asia/Baku
  • Dünyada bioplastika istehsalı

Yapon tədqiqatçılar ilk dəfə olaraq, misli görünməmiş tərzdə odadavamlı və ətraf mühitə uyğun plastik kütlə istehsal etməyə müvəffəq olublar.

SəhərAzəri xəbər verir, adi plastik kütlələr bu cür qabiliyyətə malik deyildirlər.

Odadavamlı bioplastiklərin istehsalı bu maddənin professional işlədilmə sahələrini artırmaqla yanaşı, geniş ekoloji çirklənmələrin də qarşısını alır.

Bu günədək plastik maddələrin başlıca hissəsi xam neftdən, qaz konsendantlarından və daş kömüründən istehsal olunurdusa, bioplastiklər bitkilərdən, yumurta qabığından, toyuq lələyi və sairədən düzəldilirlər.

Yeni plastmassın istehsalı üçün AHBA və ABA kimi iki molekuldan istfadə olunubdur. Bu molekullar taxtanın pastaya çevrilməsi prosesində əldə edilirlər.