İranlı riyaziyyatçı COMSTECH-2019 mükafatına layiq görülüb
Noy 01, 2020 18:09 Asia/Baku
İranlı müəllim Səccad Cəfəri riyaziyyat kateqoriyasında 2019 İslam Əməkdaşlıq Təşkilatının Elm Və Texnologiya Əməkdaşlığı üzrə Daimi Komitəsinin mükafatına layiq görülüb.
SəhərAzəri xəbər verir, İRİB_ə istinadən xəbər verir ki, Səccad Cəfəri İranın Əmir Kəbir Sənaye Universitetinin Biotibbi Mühəndislik Fakultəsinin elmi heyətinin üzvüdür ki, Mərakeşdən olan bir riyaziyyatçı ilə birlikdə COMSTECH-2019 mükafatını qazanıb.
COMSTECH-2019 mükafatı dövri olaraq, dörd ildən bir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, riyaziyyat, fizika, biologiya və kimya sahələri üzrə alimlərinə verilir.