İranda istiyə və kəsilməyə davamlı sənaye əlcəkləri istehsal edilib
İranda elm təməlli bir şirkətin tədqiqatşıları istiyə və kəsilməyə davamlı sənaye əlcəklərini layihələşdirmə və istehsal etməyə müvəffəq olublar.
SəhərAzəri "Mehr" xəbər agentliyinə istinadla xəbər verir ki, şəxsi qoruyucu təchizatlar istehsal edən elm təməlli şirkətin icraçı direktoru Fərhad Tahiri bu əlcəklərin istehsalında nano-texnologiyasından istifadə edildiyini bildirərək, deyib: "Bu əlcəklərin polimerində istifadə olunan nano zərrəcikləri onu istilik və kəsilmə qazrşısında davamlı edir".
İstehsal edilən sənaye əlcəklərinin istiyə davamlı olduğunu və istilik keçirmədiyini söyləyən Taheri, bu əlcəklərin daha çox neft və qaz, neft-kimya və polad sənayesində istifadə edildiyini bildirib.
İranın elm təməlli şirkətinin icraçı direktoru deyib: "Lazımi sertifikatları aldıqdan sonra, İran istehsalı olan bu məhsul İngiltərə, Almaniya və Cənubi Amerikaya ixrac ediləcək."