Tədqiqatçıların tövsiyəsi;
Yaşıl çay və nar şirəsinin koronavirus xəstəliyinin qarşısını almaqda təsiri
Laboratoriya tədqiqatlarında, yaşıl çay və nar suyunun hüceyrələrdə koronavirus infeksiyasının qarşısını aldığını aşkar edilib.
SəhərAzəri xəbər verir, Tənəffüs virusları əvvəlcə burun, ağız və boğaza yoluxur, orada çoxalır və xəstəliyin simptomları görünür; Bu mərhələdə virus yeni bir bədənə keçə bilər.
Tədqiqatçıların dediyinə gorə, Birinci infeksiyanın qarşısının alınması və ya infeksiyanın virus yükünün azaldılması, simptomları yüngülləşdirə bilər, alt tənəffüs yollarına və ya başqa bir insana keçmənin qarşısını da alır.
Bu məqsədlə bir tədqiqat qrupu bitki məhsullarının koronavirusu və qripini təsirsiz hala gətirməsindəki təsirini araşdırıb. Onlarin tədqiqati nəticəsində, nar suyu və yaşıl çayın hər iki virusa qarşı antiviral təsiri aşkarlanib; Həm də ağzın yaxalanmasının və bu mayelərin ağızda qarqara edilməsinin ağızdakı virus yükünü azaltdığı və bununla da virusun ötürülməsini məhdudlaşdırması aşkar edilib.
Tədqiqatçılar, virusları birbaşa təsirsiz hala gətirə bilən bu xüsusiyyəti, bu bitki ekstraktlarının asidik pH-ı ilə əlaqələndiriblər. Tədqiqatçılar əlavə ediblər ki, Kateşinlər (Catechin), taninlər(Tannin) və flavonoidlər (Flavonoids )kimi polifenolların olması da virus zülallarına təsir edə bilər.
Bu tədqiqatda böyürtkən suyu da sınaqdan keçirilib, lakin heç bir nəticəsi olmayıb.