Oksidləşdiricilərin köməyilə hüceyrənin qocalma prosesi ləngidilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369500-oksidləşdiricilərin_köməyilə_hüceyrənin_qocalma_prosesi_ləngidilir
Qocalıqla vidalaşın... Tədqiqatçılar özlərinin son araşdırmalarında oksidləşdirici maddələrin hüceyrələrin qocalma prosesini ləngidə bildiklərini aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2020 13:09 Asia/Baku
  • Oksidləşdiricilərin köməyilə hüceyrənin qocalma prosesi ləngidilir

Qocalıqla vidalaşın... Tədqiqatçılar özlərinin son araşdırmalarında oksidləşdirici maddələrin hüceyrələrin qocalma prosesini ləngidə bildiklərini aşkar ediblər.

SəhərAzəri xəbər verir, tədqiqatçılar son araşdırmalarında oksidləşdiricilərin hüceyrələrin qocalma prosesini ləngidə bildiklərini müəyyən ediblər.

Oksidləşdiricilər reaksiya qəbul edən oksigen növləri kimi, canlı varlıqların hüceyrələrinə zərər vura bilərlər və qocalma ilə əlaqəlidirlər.

İsveç alimlərinin son araşdırmaları göstəribdir ki, oksigenləşdirilmiş su, başqa sözlə, hidrogen peroksidin aşağı səviyyəli oksidləşdiricisi, maya hüceyrələrinin qocalma prosesini ləngidən bir fermenti təhrik edə bilər. Antioksidləşdiricilər neytrallaşdırıcı oksidləşdiricilərin mövcud olmalarına rəğmən, bədənin əsas molekullarına reaksiya verə və onların bioloji fəaliyyətlərini poza bilərlər.

Çox sayda oksidləşdirici/ DNT-yə, xüsusən hüceyrənin qişasına və zülallara ciddi zərərin dəyməsinə bais ola bilər.

Bədənimizdəki hüceyrələr bu oksidləşdiriclərin şərindən xilas olmaq üçün güclü müdafiə mexanizmləri yaradıblar.

Bundan qabaq oksidləşdiricilərin təkcə zərərli və ziyanverici cəhəti müəyyən edilmişdi, lakin hazırda ailmlər oksidləşdiricilərin müsbət fəaliyyətlərini də dərk etməyə başlayıblar.

Bu araşdırma İsveçin Çalmers Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən aparılıbdır.