Koronavirusa yoluxanlar ilk beş gündə daha təhlükəlidirlər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369870-koronavirusa_yoluxanlar_ilk_beş_gündə_daha_təhlükəlidirlər
Alimlər ilk simptomlar müşahidə olunduğu andan, hələ testlərin nəticəsi çıxmadan izolyasiya tədbirlərinə başlamağın vacib olduğunu qeyd edirlər. COVID-19 xəstələri ilk 5 gündə daha çox virus yayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2020 04:10 Asia/Baku
  • Koronavirusa yoluxanlar ilk beş gündə daha təhlükəlidirlər

Alimlər ilk simptomlar müşahidə olunduğu andan, hələ testlərin nəticəsi çıxmadan izolyasiya tədbirlərinə başlamağın vacib olduğunu qeyd edirlər. COVID-19 xəstələri ilk 5 gündə daha çox virus yayırlar.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir, İngiltərədə alimlər apardıqları araşdırmanın nəticəsi olaraq bildiriblər ki, xəstəliyə yoluxanlar ilk 5 gündə ətraf aləm üçün daha təhlükəli hesab edilirlər.

Bu səbəbdən alimlər ilk simptomlar müşahidə olunduğu andan, hələ testlərin nəticəsi çıxmadan izolyasiya tədbirlərinə başlamağın vacib olduğunu qeyd edirlər. Onlar bildirirlər ki, COVID-19-dan fərqli olaraq digər viruslarda bu müddət 7-10 gün təşkil edir.