Argentina prezidenti Maradona ilə vida mərasimində iştirak edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370047-argentina_prezidenti_maradona_ilə_vida_mərasimində_iştirak_edib
Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2020 15:51 Asia/Baku
  • Argentina prezidenti Maradona ilə vida mərasimində iştirak edib

Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, Buenos-Ayresdəki Kasa Rosada prezident sarayında keçirilən tədbirdə onu ölkənin birinci xanımı Fabiola Yanes müşayiət edib. Onların mərasimə helikopterlə gəldikləri bildirilib.

Prezident saraya daxil olarkən içəriyə digər şəxslərin girişi müvəqqəti dayandırılıb. Bu zaman Maradonanın qohumları da orada olub.

Bakı vaxtı ilə saat 13:00-da başlayan mərasim 48 saat davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.