Ferstappen "Formula-1"-in Abu-Dabi Qran-prisinin qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370729-ferstappen_formula_1_in_abu_dabi_qran_prisinin_qalibi_olub
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1"-in Abu-Dabi Qran-prisinin qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2020 17:35 Asia/Baku
  • Ferstappen

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1"-in Abu-Dabi Qran-prisinin qalibi olub.

 SəhərAzəri TASS agentliyinə istinadən verdiyi məlumata görə, "Formula-1"-in bu mövsüm 17-ci mərhələsində finişə ikinci "Mersedes"-in finlandiyalı pilotu Valtter Bottas çatıb.

Üçüncü yerin sahibi isə "Mersedes"-in digər pilotu – koronavirusdan sağalmış britaniyalı Lüis Hamilton olub.