İranın Persepolis futbol komandası Asiya Çempionlar Liqasının ikincisi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370948-İranın_persepolis_futbol_komandası_asiya_Çempionlar_liqasının_ikincisi_oldu
İranın Persepolis futbol komandası ikinci dəfə olaraq, Asiya Çempionlar Liqasının ikincisi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2020 15:45 Asia/Baku
  • İranın Persepolis futbol komandası Asiya Çempionlar Liqasının ikincisi oldu

İranın Persepolis futbol komandası ikinci dəfə olaraq, Asiya Çempionlar Liqasının ikincisi olub.

SəhərAzəri xəbər verir, İranın Persepolis və Cənubi Koreyanın Ulsan Hyundai futbol komandaları bu gün axşam çağı 2020 Asiya Çempionlar Liqasının final mərhələsi çəeçivəsində Qətərin Doha şəhərində yerləşən Əl-Cənub stadionunda bir araya gəldilər.

Hər iki komandanın Əl-Cənub stadionunda 500-dən az azarkeşi var idi.

Koreyalılar, video baxış sayəsində onlara verilən iki penalti ilə  Persepolis-in tək qolunu əvəzlədilər və 2-1 hesabla qələbə qazandılar.

İran təmsilçisi 2018-ci ildə də Asiya Çempionlar Liqasının ikinciliyi ilə kifayətlənib.