Yan 14, 2021 15:01 Asia/Baku
  • Lionel Messi finalda oynamaya bilər

"Barselona" klubunun futbolçusu Lionel Messi zədə səbəbindən İspaniya Super Kubokunun final matçını buraxa bilər.

SəhərAzəri xəbər verir, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman yarımfinalda "Real Sosyedad"ı məğlub etdikləri oyundan sonra bildirib.

O, 34 yaşlı hücumçunun durumu ilə bağlı bir neçə gün gözləməli olduqlarını söyləyib.

Qeyd edək ki, "Barselona" "Real Sosyedad"ı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilərlə 3:2 hesabı ilə üstələyib. Messi bu qarşılaşmada iştirak etməyib.

Kataloniya komandası finalda "Real Madrid" - "Atletik" cütünün qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal oyunu bu gün, final isə yanvarın 17-də gerçəkləşəcək.

Teqlər