"Real Madrid"in baş məşqçi postuna yeni namizəd
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372692-real_madrid_in_baş_məşqçi_postuna_yeni_namizəd
İtaliya "Yuventus"unun sabiq baş məşqçisi İspaniyanın "Real Madrid" futbol komandasına rəhbərlik edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2021 14:55 Asia/Baku

İtaliya "Yuventus"unun sabiq baş məşqçisi İspaniyanın "Real Madrid" futbol komandasına rəhbərlik edə bilər.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres 54 yaşlı mütəxəssisin Turin təmsilçisindəki fəaliyyətini çox bəyənib.

Hazırda Madrid komandasına Zinəddin Zidan rəhbərlik edir. Daha əvvəl Alleqrinin "Roma"nın sükanı arxasına keçə biləcəyinə dair xəbərlər yayılıb.

Qeyd edək ki, "Real Madrid" La Liqada 19 oyundan 40 xalla 2-ci pillədə gedir. Turnir cədvəlinə isə ehtiyatda bir oyunu olan "Atletiko" 49 xalla başçılıq edir.