Fev 17, 2021 16:48 Asia/Baku
  • Messi UEFA Çempionlar Liqasında ardıcıl 17 il qol müəllifi olub

Barselona klubunun argentinalı superulduzu Paris Sen-Jermen komandası qarşısında qul vuraraq, ardıcıl 17 il olaraq, UEFA Çempionlar Liqasında qol müəllifi olubdur.

SəhərAzəri  xəbər verir ki, FARS xəbər agentliyinin məlumatına görə, UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhəsinin ilk oyun günündə "Barselona" "Nou Kamp" stadionunda Paris Sen-Jermen ilə qarşılaşıb və oyunun ilk hissəsi 1-1 bərabərliklə sona çatıb.

Barselonanın ilk qolunu Lionel Messi penaltini dəqiq yerinə yetirərək, vurub, beləliklə də Barselona ulduzu ardıcıl 17-ci il olaraq, Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

Messi UEFA Çempionlar Liqasında ilk dəfə 2005-ci ildə qol vurub və bu qol vurma hələ də davam edir. 

Teqlər