UEFA-nın tibb məsləhətçisi: "AVRO-2020 mütləq keçiriləcək"
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i373688-uefa_nın_tibb_məsləhətçisi_avro_2020_mütləq_keçiriləcək
"AVRO-2020 baş tutmaya bilməz".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2021 04:54 Asia/Baku
  • UEFA-nın tibb məsləhətçisi:

"AVRO-2020 baş tutmaya bilməz".

SaharAzeri "Report"un məlumatına istinad'n bilidirib ki, bu fikirləri UEFA-nın tibbi məsləhətçisi Daniel Kox "Reuters"ə açıqlamasında deyib.

O bildirib ki, Avropa çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir: "Əksinə, hazırda realist və nikbin ssenari var. Turnir mütləq keçiriləcək".

Koxun sözlərinə görə, azarkeşlər AVRO-2020-nin oyunlarını izləmək üçün digər ölkələrə səyahət imkanı əldə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.