Keçmişdən yadigar qalan bədii "girih naxışları" sənəti
"Girih naxışları" Buşehr şəhərində keçmişdən qalan bir sənətdir və daha çox bu şəhərin qədim hissəsində müşahidə olunur.
SəhərAzəri xəbər verir ki, Buşehr şəhərinin tarixi binalarında və qədim evlərində taxta və şüşənin birləşməsindən yaradılmış "Girih naxışları" adlı gözəl bir sənət mövcuddur.
M.M: Girih naxışlarında taxtaları bir-birinə hörürlər. Mismardan əsla istifadə edilmir, ancaq nadir hallarda taxta mismarlardan istifadə olunur.
Kəsilmiş taxta parçaları və rəngli şüşələr sənətin gözəlliyinin cilvələndirmək üçün nizamlı və simmetrik bir şəkildə bir-birinin kənarında qərarlaşırlar.
Girih naxışları və Buşehr limanının qədim hissəsində və bu qalıcı yadigarla bəzədilmiş əsərlər, ən gözəl bədii əsərlərin toplusudur və İsfahan, Yəzd, Şiraz, həmçinin Buşehr limanından olan sənətkarların bədii əsələr yaratması üçün sənətkarlıq səhnəsi olmuşdu.
Rütubətin miqdarı yüksək olan Buşehr kimi bölgələrdə daha davamlı olan Tik ağacından istifadə olunur.
Şübhəsiz "Girih naxışları" sənətinin çiçəklənməsinə Buşehrin Qacar dövründəki firavanlığı və ticarəti səbəb olubdur.
Baxmayaraq ki, hazırda Buşehrdə çox az sayda sənətkar bu sahədə fəaliyyət göstərir, amma girih naxışlarının sərhədlərdən kənardada çoxlu tərəfdarı vardır.