Koronavirus ürək əzələlərinə ziyan vura bilər
Yeni bir elmi araşdırmanın nəticələri göstərir ki, koronavirus ürək hüceyrələrini də yoluxdura və onların fəaliyyətini dayandıra bilər.
SəhərAzəri xəbər verir, Amerikada koronavirus qrupundan olan viruslar üzərində aparılan araşdırmalar göstərir ki, bu viruslar birbaşa şəkildə insan ürəyinin toxumalarına ciddi ziyan vura və hətta onları dağıda bilərlər.
Bundan öncə elə təsəvvür olunurdı ki, COVID-19-a yoluxan xəstələrdəki ürək çatışmazlığı bu infeksiyaya qarşı reaksiyadan irəli gələn iltihaba görədir. Lakin indi, koronavirusun özünün, insanın ürək əzələsinin işinə müdaxilə etdiyi məlum olubdur.
Hərçənd koronavirus xəstəliyi əvvəldə sırf bir tənəffüs xəstəliyi təsəvvür olunurdu, amma çox sayda tibbi məlumatlar ondan xəbər verir ki, bu virusa yoluxmuş bəzi xəstələr böyük ürək-damar çatışmazlıqlarından əziyyət çəkirlər. Bu əsasda, hətta koronavirusdan yaxa qurtarmış xəstələr ola bilsin, sonrakı həftələrdə bu virusun öz ürək toxumalarına hücumundan irəli gələn çatışmazlıqlarla çarpışmış olsunlar.
Koronavirus birbaşa şəkildə ürəyin yığılmasında məsuliyyət daşıyan ürək hüceyrələrinə hücum edir.
Bu hüceyrələrə ziyanın dəyməsi, insan ürəyinin fəaliyyəti üzərində ciddi şəkildə neqativ təsir qoya bilər.
Buna görə, belə bir nəticəyə gəlmək olar ki, ürək iltihabı, ürəkdə problemin yaradılmasında əsas amil deyil, koronavirusun ürək hüceyrələrinə hücumunun nəticəsidir.