Xərçəng riskini azaldır, ömrü uzadır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374299-xərçəng_riskini_azaldır_ömrü_uzadır
Moruq insan bədənində təhlükəli xəstəliklərin yaranmasının qarşısını alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2021 07:05 Asia/Baku
  • Xərçəng riskini azaldır, ömrü uzadır

Moruq insan bədənində təhlükəli xəstəliklərin yaranmasının qarşısını alır.

SəhərAzəri xəbər verir, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, bu giləmeyvəni müntəzəm yemək orta ömür müddətini də uzadır.

Diyetoloqlara görə, giləmeyvə ürək sağlamlığını dəstəkləyən və yağ yığılmasının qarşısını alan flavonoid, qverçetin və qall turşusu ilə zəngindir.

Bundan əlavə moruqda diabet və xərçəng riskini azaldan güclü antioksidan birləşmələri var. Qırmızı moruq qan şəkərini azaldır və insulinə müqavimət göstərir.

Həkimlər giləmeyvələri təzə yeməyi və ya meyvə salatlarına əlavə etməyi məsləhət görürlər.