Messi Xavi Ernandesin rekordunu təkrarladı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374481-messi_xavi_ernandesin_rekordunu_təkrarladı
İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2021 06:20 Asia/Baku
  • Messi Xavi Ernandesin rekordunu təkrarladı

İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Hazırda qarşılaşmada ilk hissə oynanılır və meydan sahibləri 34 yaşlı forvardın 13-cü dəqiqədə vurduğu qolla hesabda öndədir - 1:0.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.