Apr 06, 2021 14:58 Asia/Baku
  • İran karateçiləri dünya reytinqinə başçılıq edirlər

İranın yığma karate komandasının üç üzvü beynəlxalq karate federasiyasının ən yeni reytinqində öz çəki dərəcəsində reytinq cədvəlinə başçılıq edir.

SəhərAzəri xəbər verir ki, 2021-ci ildə İstanbulda «karate one» beynəlxalq yarışlarının ilk mərhələsinin keçirilməsindən sonra beynəlxalq karate federasiyası karateçilərin reytinqini yaydı ki, ona əsasən, Bəhmən Əsgəri 75 kiloqramdan aşağı, Səccad Gənczadeh 84 kiloqramdan yuxarı, Həmidə Əbbasəli isə 68 kiloqramdan yuxarı çəki dərəcələrində reytinq cədvəlinin ilk pilləsində durublar.

Zəbiullah Pourşeyb də bu reytinqdə 84 kiloqramdan aşağı çəki dərəcəsində ikinci olub.

Eyni zamanda Sara Bəhmənyar əlli kiloqramdan aşağı çəki dərəcəsində üçüncü yerdə qərar tapıb.

Rozita Əlipour 61 kiloqramdan aşağı, Saleh Əbazəri isə 84 kiloqramdan yuxarı çəki dərəcələrində dördüncü olublar. Təravət Xaksar isə 55 kiloqramdan aşağı çəki dərəcəsində beşinci pillədə qərar tapıbdır.

Teqlər