Müsəlman futbolçuların iftar etməsi üçün oyunun dayandırılması ənənəyə çevrilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376475-müsəlman_futbolçuların_iftar_etməsi_üçün_oyunun_dayandırılması_ənənəyə_çevrilir
İngiltərə Premyer Liqasında Lester Siti (Leicester City) klubunun müsəlman oyunçusunun orucunu açması üçün Lester Siti və Kristal Palas (Crystal Palace) qarşılaşmasının hakimi matçı bir neçə dəqiqəlik dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2021 18:28 Asia/Baku
  • Müsəlman futbolçuların iftar etməsi üçün oyunun dayandırılması ənənəyə çevrilir

İngiltərə Premyer Liqasında Lester Siti (Leicester City) klubunun müsəlman oyunçusunun orucunu açması üçün Lester Siti və Kristal Palas (Crystal Palace) qarşılaşmasının hakimi matçı bir neçə dəqiqəlik dayandırıb.

SəhərAzəri: Deyerler.org xəbər verir ki, bir neçə gün əvvəl baş tutmuş matçın hakimi Qrehem Skot (Graham Scott), birinci taymın 34-cü dəqiqəsində axşam azan ilə eyni vaxtda matçı dayandırıb və Lester Sitinin müsəlman oyunçusu Vesli Fufanaya (Wesley Fufana) orucunu açması üçün şərait yaradıb.

 Oyun dayandıqdan sonra Fufana meyvə şirələri içərək iftar edb. Qarşılaşma Lester Sitinin Kristal Palas üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 Oxşar hərəkəti polşalı Pavel Raçkovski (Pawel Raczkowski) Ramazan ayı münasibətilə Olympiakos - PAS Giannena komandalarının dünənki (28 aprel) qarşılaşmasında edib. Müsəlman oyunçular Yussif Əl-Arabi, Madi Kamara, Bruma Kenni Lala və Yann M'Vila bir dəqiqəlik fasilə sayəsində iftar etmək şansı əldə ediblər.