Azərbaycan Respublikasının tanınmış aktyoru vəfat edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376739-azərbaycan_respublikasının_tanınmış_aktyoru_vəfat_edib
Azərbaycan Respublikasının tanınmış aktyoru Arif Quliyev vəfat edib koronavirusdan vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2021 05:40 Asia/Baku
  • Azərbaycan Respublikasının tanınmış aktyoru vəfat edib

Azərbaycan Respublikasının tanınmış aktyoru Arif Quliyev vəfat edib koronavirusdan vəfat edib.

SəhərAzəri -nin məlumatına əsasən, məşhur aktyor bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxduğuna görə "Yeni Klinika"da müalicə olunurdu.

Arif Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində dünyaya göz açıb. 1974-cü ildən peşəkar fəaliyyətə başlayan sənətkar, televiziya tamaşaları, səhnə teatrı və kinoda əvəzolunmaz rollar ifa etmişdir. Yumor ustası olan sənətkar Evləri köndələn yar, Bəyin oğurlanması, Qəm pəncərəsi kimi bir çox yumoristik kinolarda əsas rollarda çıxış etmişdir.

Arif Quliyev 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-də sənətkar medalına layiq görülmüşdür.