May 20, 2021 12:19 Asia/Baku
  • «Solar Orbiter»in günəş püskürməsilə bağlı ilk filmi yayılıb

Avropa Kosmik Agentliyinin «Solar Orbiter» avtomatik kosmik aparatı günəşdə baş verən böyük və güclü püskürmədən heyrətləndirici görüntülərini çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, “Solar Orbiter” aparatı ilk dəfə güclü günəş alovlarının videosunu qeydə alıb.

Bu peyk 2020-ci ilin fevralında “Atlas 5441” raketi ilə Kennedi kosmik mərkəzindən buraxılaraq, günəş orbitində yerləşib.

Bu peyk günəşin daxili heliosferini və yeni yaranmış günəş küləklərini dəqiq şəkildə ölçmək tapşırığına malikdir.

“Solar Orbiter” rəsmi olaraq vəzifəsinə başlamazdan əvvəl güclü püskürmələrinə dair ilk filmini çəkdi ki, onda, günəş atmosferində hissəciklər püskürür və kosmosda səpələnirlər.

“Solar Orbiter”, Avropa Kosmik Agentliyi- ESA və ABŞ-ın NASA agentliyi tərəfindən birgə həyata keçirilən bir tapşırıqdır. Həmin tapşırıqda aparatın altı aydan bir, günəşə yaxınlaşması nəzərdə tutulur.

«Solar Orbiter» avtomatik kosmik aparatı tərəfindən hazırlanan video on fevral tarixində qeydə alınıb və kosmosdakı vəziyyətinə görə, bu filmin datalarının analizi üç aydan çox vaxt aparıb.

Teqlər