Qardian qəzeti xəbər verir ki, Eynşteynin özü tərəfindən yazılan məktub “Boston” auksion evində qiymətləndirilib.
Kaliforniya texnologiya institutunda və digər bir universitetdə Eynşteinin sənədləri üzrə ixtisaslaşmış arxivşünasların dediklərinə görə, Eynşteynin yazdığı sözügedən tənliyin yalnız üç nüsxəsi var.
Auksionda məktubun təxminən 400 000 dollara satılması gözlənilirdi.
Auksionun icraçı vitse-prezidenti Bobbi Livinqstonun sözlərinə görə, bu, həm holoqrafik, həm də fizika baxımdan əhəmiyyətli bir məktubdur.
Almanca yazılmış bir səhifəlik məktub 26 oktyabr 1946-cı il tarixində polşa-amerikalı fizik, tənqidçi və alim Lüdviq Silberşteynə ünvanlanıb.
Qeyd edək ki, Eynsteyn məktubda ünvan sahibinə sualının "i bərabərdir em.si.2" (e = mc2) düsturu ilə "heç bir erudisiya olmadan" cavablandırılacağını söyləyib. O, bu sözləri Prinston universitetinin blankında yazıb.
EYNŞTEYNİN MƏŞHUR TƏNLİYİ ƏKS OLUNAN MƏKTUB SATILIB