İranlı qızlar beynəlxalq tennis turnirinin qalibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377450-İranlı_qızlar_beynəlxalq_tennis_turnirinin_qalibi_olublar
Qadınların beynəlxalq tennis turnirinin finalı İran komandasının birinciliyi ilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2021 14:53 Asia/Baku
  •  İranlı qızlar beynəlxalq tennis turnirinin qalibi olublar

Qadınların beynəlxalq tennis turnirinin finalı İran komandasının birinciliyi ilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, fərdi bölmənin finalına vəsiqə qazananların müəyyən edilməsilə, qadınların ikinəfərlik bölməsinin finalı Tipaks şirkəsinin dəstəyi və «sıçrayış, sürət və diqqət» şüarı ilə keçirilib və Moşkat əl-Zəhra Səfi, Dorsa Çeraği ilə yanaşı çempion adını qazanıb.

Görüşün sonunda Moşkat əl-Zəhra Səfi-Dorsa Çeraği cütlüyü 6-2 və 6-2, ümumilikdə isə 2-0 hesabı ilə Mandeqar Fərzami-Romina Zeynali cütlüyünü məğlub edərək, çempion olub.

Fərzami-Zeynali cütlüyü ikinci olubdur.

Üçüncü yer isə müştərək şəkildə İrandan Pərina Roknabadi və Türkiyədən Lara Oroquo cütlüyünə və Türkiyənin ikinəfərlik komandasına nəsib olubdur.

Turnir sabah fərdi bölmədə İrandan Moşkat əl-Zəhra Səfi ilə Türkiyədən Polat arasında final görüşünün keçirilməsilə başa çatacaq.

Qadınlar bölməsində İran, Türkiyə və Belçikadan olan tennisçilər iştirak ediblər.